2025-ci ilin ilk dörd ayında Azərbaycanda avtomobil yanacağının istehsal həcmi illik müqayisədə azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki avtomobil benzininin istehsal həcmi illik müqayisədə 17% azalaraq 424.4 min tona düşüb. Bildirilir ki, ehtiyatda 44 min tonluq yanacaq var.
Qeyd edək ki, Azərbaycan ilk rübdə xaricdən 53.3 min ton və ya 42.21 mln. ABŞ dolları həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin analoji dövründən 5 dəfə çox artım deməkdir.
İqtisadiyyatda əsas rola sahib dizel yanacağının da istehsal həcmi illik müqayisədə 8.2% azalaraq 726.4 min tona düşüb.
Mazut istehsalının həcmi isə öncəki ildə dayndırıldığı halda, bu il istehsal bərpa edilib və 55 min ton mazut emal edilib.