2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 65 milyon 474 min dollar dəyərində 9 323 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ilin eyni ayında isə Azərbaycana 40 milyon 975 min dollar dəyərində 7 936 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 17.5%, dəyər ifadəsilə 60% artıb.