19.2 C
Baku
Tuesday, May 20, 2025

“Crocus”da terror aktı nəticəsində 75 milyon dollar ziyan dəyib

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da törədilən terror aktı nəticəsində dəymiş ziyan 6 milyard Rusiya rublu (cari məzənnə ilə təxminən 75 milyon dollar) məbləğində qiymətləndirilir.

Bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.

“Crocus”a terror hücumu nəticəsində dəymiş ümumi ziyan təxminən 6 milyard rubl təşkil edib”, – İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin XIII Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışında bildirib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Krasnoqorskdakı “Crocus City Hall”da “Piknik” rok qrupunun konsertindən əvvəl bir neçə şəxs ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Nəticədə 140-dan çox insan həlak olub. 1700 nəfər zərərçəkmiş qismində tanınıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər