17 C
Baku
Wednesday, May 21, 2025

Azərbaycan son 5 ildə ilk dəfə Danimarkaya neft satıb

Azərbaycan 2020-ci ildən bu tərəfə ilk dəfə Danimarkaya xam neft satıb.

Banker.az rəsmi gömrük rəqəmlərinə istinadən xəbər verir ki, Skandinaviya ölkəsi Azərbaycandan 2025-ci ilin apreldə ümumi həcmi 88.15 min tonluq və ya 49.69 ABŞ dolları dəyərində xam neft alıb.

Danimarka nadir hallarda Azərbaycan neftinə müştəri çıxır. 2007-ci ildən 2020-ci ilə qədər heç bir alış əməliyyatı olmamışdı. Danimarkanın son statistik məlumatlarına görə, bu ölkə nefti əsasən ABŞ, Norveç, Liviya və Böyük Britaniyadan alır.

Azərbaycan nefti bu ölkəyə apreldə bir tonunu təqribən 564 dollara satıb.

Dövlət Gömrük Komitəsinin son məlumatına əsasən, cari ilin ilk dörd ayında ümumilikdə 8 203.8 min ton və ya 4.563 mlrd. dollar dəyərində xam neft ixrac edib.

Son xəbərlər
Digər xəbərlər