Türkiyə şirkətinin Azərbaycanda törəmə şirkəti təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Orhan Tetik Transport Nakliyat-Turizm Seyahat ve Petrol Ürünleri İthalat-İhracat Sanayi” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkətin 100 000 manat nizamnamə kapitalı var və direktoru Səbinə Cəlilova İlqar qızıdır.
Törəmə şirkət Bakı şəhəri Qaradağ rayonu, Qobustan ştq, Massiv 2, ev 60 ünvanında qeydiyyatdan keçib.