“Allianz Trade” sorğusunda iştirak edən çinli ixracatçıların 95%-i ABŞ xaricindəki bazarlara ixraclarını ikiqat artırmağı planlaşdırır. Tədqiqat göstərir ki, ABŞ-Çin münasibətlərindəki gərginlik orta müddətli perspektivdə mümkün ssenari olaraq qalır. Çinli ixracatçılar ABŞ-dən asılılıqdan qurtulmağa çalışır, Amerika şirkətləri isə istehsalı Çindən kənara çıxarmaq üçün səylərini artırır.
Bu ayın əvvəlində Pekin və Vaşinqton arasında İsveçrədə imzalanan razılaşmadan sonra tariflər azalsa da, “Allianz Trade”in hesablamalarına görə, ABŞ-nin Çin mallarına orta çəkili tarif dərəcəsi 39% səviyyəsində qalıb ki, bu da Trampın ikinci administrasiyasından əvvəl mövcud olan 13% səviyyəsindən xeyli yüksəkdir.
Tarif münaqişəsinin sürətlə azalması ABŞ-yə daşınmaların kəskin artmasına səbəb olub, çünki ixracatçılar 90 günlük güzəşt müddətindən əvvəl sifarişlər verir, bu da yükdaşıma xərclərini artırır.
Çinin Şanxaydan sonra yük həcminə görə ikinci ən böyük limanı olan şəhərə səfəri ilə bağlı son hesabatında “Economist Intelligence Unit”in baş iqtisadçısı Tianchen Xu qeyd edir ki, Cənub-Şərqi Asiya hasilatı xaricə köçürmək istəyən yerli şirkətlər üçün əsas istiqamət olaraq qalır.
Xu bildirib ki, Cənub-Şərqi Asiyada şirkətlər İndoneziyada istehsal müəssisələrinin qurulmasına artan maraq göstərirlər. “Allianz Trade” qeyd edir ki, böyük ticarət münaqişələri səbəbindən qlobal ixrac bu il 305 milyard dollar itki ilə üzləşə bilər.
Müqayisə üçün qeyd edək ki, BMT-nin Ticarət və İnkişaf Təşkilatının məlumatına görə, ötən il qlobal ticarət rekord həddə – 33 trilyon dollara çatıb.