23 C
Baku
Thursday, May 22, 2025

“Xalq Bank” dövlət istiqrazlarının alışını keçən il bir qədər də artırıb

ASC “Xalq ” Bankı 2024-cü ilin keçən il Maliyyə Nazirliyi tərəfindən buraxılmış dövlət istiqrazlarını davam etdirib və ümumi portfeli 164,8 milyon manata yüksəldib. Halbuki, bu öncəki ildə 157,7 milyon manat olmuşdu.

Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.

SOCAR Polymer istiqrazları 2023-cü ildə 64,7 milyon manat olan portfel 2024-cü ildə cüzi artaraq 65,5 milyon manata, “Cənub Qaz Dəhlizi” QSC-nin avro istiqrazları 17,4 milyon manatdan 20,9 milyon manata yüksəlib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) tərəfindən buraxılmış dollar istiqrazları hər iki ildə də dəyəri dəyişmədən 17,3 milyon manat təşkil edib.

2023-cü ildə 14,8 milyon manat olan xarici istiqrazlar istiqrazlar 2024-cü ildə 14,4 milyon manata qədər azalıb.

Qeyd edək ki, bankın istiqraz portfelində əvvəlki illə müqayisədə azalma müşahidə olunub. Belə ki, 2023-cü ildə 460,4 milyon manat olan istiqraz portfeli 2024-cü ildə 291,4 milyon manata düşüb. Bu da təxminən 169 milyon manatlıq və ya 36.7%-lik azalma deməkdir. Azalmaya səbəb Mərkəzi Bankın notlarının alışında 2024-cü ildə aktiv iştirak etməməsidir.

 

Son xəbərlər
Digər xəbərlər