22 C
Baku
Friday, May 23, 2025

Tramp Harvarda əcnəbi tələbələri qəbul etməyi qadağan edib

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tələbə və təhsil mübadiləsi proqramı çərçivəsində Harvard Universitetini xarici tələbələri qəbul etməyə imkan verən sertifikasiyadan (SEVP) məhrum edib.

Bu o deməkdir ki, universitetə ​​artıq əcnəbi tələbə qəbulu qadağandır. “Bloomberg” DHS-nin bəyanatına istinadən yazır ki, hazırda Harvardda təhsil alan əcnəbilər təcili olaraq başqa təhsil müəssisəsinə keçməlidirlər, əks təqdirdə ABŞ-dəkı hüquqi statuslarını itirəcəklər.

Bu, Harvard üçün ciddi zərbədir, belə ki, orada 6800 əcnəbi təhsil alır. Bu, ümumi tələbələrin 27 faizini təşkil edir. Bundan əlavə, bir ay əvvəl hakimiyyət Harvarda federal qrantları dondurub.

Xatırladaq ki, Harvardın Tramp administrasiyası ilə konflikti universitetin bütün DEI (müxtəliflik, bərabərlik, inklüzivlik) proqramlarının ləğvindən sonra yaranıb.

Son xəbərlər
Digər xəbərlər