İsveçrədə dünyanın ən hündür 3D-binası tikilib.

30 metrlik Alva qülləsi cəmi 11 nəfərin yaşadığı kiçik Alp dağlarında Mulenns kəndində 5 ay ərzində ucaldılıb. O, 3D çap texnologiyalarının imkanlarını nümayiş etdirmək üçün yaradılıb.

Qüllə 32 ziyarətçi tutumuna malikdir, pilləkənləri və yuxarı hissəsində performans sahəsi var. Bina iyul ayından etibarən qonaqları qəbul etməyə başlayacaq və onun yuxarı mərtəbəsində konsertlər keçiriləcək. Bina ilk 5 il öz yerində qalacaq, sonra sökülərək başqa yerlərə aparılacaq.

Dünyanın ən hündür 3D-binası tikildi - FOTOLAR