28 C
Baku
Wednesday, May 28, 2025

Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Məmmədov Mail Ağasən oğlu 2025-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

O, 2020-ci ildən etibarən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Fondun Nərimanov rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

2018-2019-cu illərdə Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Pensiya təyinatı sektorunda sektor müdiri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

Məmmədov Mail 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər