“NAS Project Bank Olmayan Kredit Təşkilatı” ASC 2024-cü ili 589 min manat mənfəət əldə edib. 2023-cü ildə BOKT-un mənfəəti 434 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 36% artması deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “NAS Project BOKT”un faiz gəlirləri 41% artaraq 1 milyon 395 min manat, faiz xərcləri 64 min manata, haqq və komissiya gəlirləri 24 min manat, haqq və komissiya xərcləri 26 min manat olub.
31 dekabr 2024-cü il tarixinə BOKT-un cəmi aktivləri 5 milyon 158 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 24% artımdır. Bunun 5 milyon 72 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 25.5% böyüyüb.
Hesabat dövründə “NAS Project BOKT”un cəmi öhdəlikləri 2 milyon 448 min manatdan 3 milyon 298 min manata, cəmi kapitalı isə 1 milyon 706 min manatdan 1 milyon 860 min manata çatıb.
“Nas Project BOKT” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.
1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur.
Təşkilatın 31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərinə uyğun olaraq 19 və 17 nəfər əməkdaşı olub.