Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artıb, kredit kartlarının sayı isə 0,1% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,301 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,071 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1,224 mln. manatı POSterminallar, 4.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib.