12 C
Baku
Monday, November 18, 2024

“Amrahbank”ın Müşahidə Şurasında dəyişiklik

“Amrahbank” ASC-nin rəhbərliyində dəyişiklik olub. Narayanan Qanapathi (Narayanan Ganapathy) bankın Müşahidə Şurasına üzvlükdən çıxıb. Onu Markus Skot (Marcus Scott) əvəzləyib.

Qeyd edək ki, M. Skot “Amrahbank”ın strateji səhmdarı olan Beynəlxalq İnvestisiya Bankında İnvestisiyalar üzrə baş direktordur. Avropa Səhm Kapital Bazarları üzrə əhəmiyyətli təcrübəyə malikdir. Onun əvvəlki iş təcrübələrinə Londonda fəaliyyət göstərən “Credit Suisse First Boston” şirkətində vitse-prezident, “City Capital Corporation” şirkətində partnyor, Avropa İslam İnvestisiya Bankının Özəl kapital və korporativ məsləhət işləri üzrə rəhbəri, “Baniyas İnvestment & Development Company” şirkətində İnvestisiyalar üzrə baş direktoru vəzifələri daxildir. Markus Skot Kommersiya üzrə bakalavr dərəcəsini Auckland Universitetində, daha sonra Menecment üzrə MPhil dərəcəsini Oksford Universitetində alıb.

APA

Son xəbərlər
Digər xəbərlər