“MJ Financial Services” BOKT ASC 2024-cü ili 4 milyon 261 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü ildəki 2 milyon 576 min manatlıq mənfəəti 65% üstələyib.
Banker.az BOK-un illik audit hesabatına istinadən xəbər verir ki, il ərzində BOKT-un faiz gəlirləri 9,2 milyon manata, xalis faiz gəliri isə 8,6 milyon manata yüksəlib. Əməliyyat xərclərinin 3 milyon manatı aşıb.
Aktivlər 15,5 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 19% artım deməkdir. Əsas artım verilmiş kreditlər və avanslar üzrə olub – bu göstərici 14,3 milyon manat təşkil edib.
Beləliklə, keçənilki xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəət 112 min manatdan 801 min manata yüksəlib.