4 və 5 iyun 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bakı Fond Birjasından Banker.az-a verilən məlumata əsasən, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti
(gün) |
İSİN | Hərrac
tarixi |
Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2454024707 | 04.06.2025 | 20.000.000 | 100.000 | 200 | 02.07.2025 |
84 | AZ2455024706 | 05.06.2025 | 20.000.000 | 100.000 | 200 | 28.08.2025 |
168 | AZ2456024705 | 04.06.2025 | 15.000.000 | 100.000 | 150 | 19.11.2025 |
252 | AZ2457024704 | 05.06.2025 | 15.000.000 | 100.000 | 150 | 12.02.2026 |
Qeyd edək ki, hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.