21 C
Baku
Monday, June 16, 2025

“Nvidia” və “L’Oreal” süni intellekt layihələrini işə salır

Dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan “L’Oreal SA” Amerikanın “Nvidia” Corp.” şirkəti ilə əməkdaşlıq çərçivəsində süni intellekt layihələrini genişləndirəcək, “The Wall Street Journal” yazır.

“L’Oreal” və onun ekosistemi müəssisələr üçün “Nvidia”nın süni intellekt platformasından istifadə edəcək, şirkətin baş marketinq direktoru Asmita Dubey bildirib.

Platforma fransız şirkətinə süni intellekt tətbiqlərini idarə etməyə, onların sürətini, təhlükəsizliyini və dəqiqliyini təkmilləşdirməyə kömək edəcək bir sıra mikroservisləri birləşdirir. İlkin mərhələdə bu mikroservislər “L’Oreal”ın yeni məhsul tövsiyə sistemi və generativ süni intellektdən istifadə etməklə məzmun yaradan platformanın bir hissəsi kimi istifadə olunacaq. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

Daha əvvəl bildirilmişdi ki, “Nvidia” qabaqcıl süni intellekt modellərinin işə salınması və öyrədilməsinə yönəlmiş 100 ixtisaslaşmış məlumat emalı mərkəzindən ibarət qlobal şəbəkə yaratmaq üçün uzunmüddətli strateji layihəni həyata keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər