Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. “News 18” portalı aydınlaşdırır ki, qəzaya uğramış “Boeing 787-8 Dreamliner” təyyarəsi “Air India” şirkətinə məxsus olub.
Aviaşirkət bildirir ki, o, təfərrüatları araşdırır və hadisə ilə bağlı bir qədər sonra əlavə məlumat verəcək. Məlumata görə, təyyarədə 232 sərnişin və 12 ekipaj üzvü olub.
Bildirilir ki, fəlakətdən sonra sağ qalanlar qəza yerində tapılıb, onlar təcili olaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilir. “Reuters” xəbər verir ki, təyyarədə Hindistan, Kanada, Portuqaliya və Britaniya vətəndaşları olub. Ən azı 110 nəfər ölüb.