“Trump Organisation” şirkəti “Trump Mobile” adlı mobil şəbəkə yaradacağını və “zərif qızılı rəngdə” T1 smartfonunu buraxacağını açıqlayıb, “The Verge” yazır.
Bildirilir ki, “Trump Mobile” ayda 47.45 dollara limitsiz plan təklif edəcək. T1 smartfonunun qiyməti 499 dollar olacaq. Onun ABŞ-də hazırlanacağı və bu il satışa çıxarılacağı bildirilir.
“The Verge” qeyd edir ki, “Trump Mobile”ın tarif planı digər operatorların analoji təkliflərindən daha bahadır. “The Wall Street Journal” yazır ki, “Trump Mobile”a ABŞ prezidenti Donald Trampın oğulları Erik və kiçik Donald Tramp nəzarət edəcək.
“Trump Organisation” 2025-ci ilin əvvəlində prezidentin öz bizneslərinin idarə edilməsində iştirak etməyəcəyini açıqlayıb. ABŞ-nin “AT&T”, “Verizon” və “T-Mobile” operatorları məsələ ilə bağlı heç bir şərh bildirməyib.