27 C
Baku
Friday, June 20, 2025

Azərbaycan əhalisinin sayı 11 min nəfərdən çox artıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 236 227 nəfərə çatıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.

Son xəbərlər
Digər xəbərlər