21 C
Baku
Wednesday, June 18, 2025

Azərbaycanda tikinti materiallarının istehsalı 10% azalıb

Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 523.9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.1
faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində tikinti şüşəsinin istehsalı 4 faiz, sement istehsalı 4.4 faiz, beton istehsalı 9.7 faiz, gips məmulatlarının istehsalı 9.7 faiz, asfalt istehsalı 41.2 faiz azalıb.

2025-сi ilin yanvar-may aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 15.8 faiz, polad tökmə istehsalı 21.3 faiz, mis məftil istehsalı 82.8 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 42.9 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər