21 C
Baku
Thursday, June 19, 2025

İranın ali lideri Trampın təslim olmaq tələbinə cavab verib

Tehran ABŞ-nin istənilən hərbi müdaxiləsinə cavab verəcək və ölkəyə “düzəlməz ziyan” vuracaq. “Tasnim” agentliyi xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib.

“İranı, İran millətini və onun tarixini bilən ağıllı insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar, çünki İran xalqı təslim olmayacaq”, – deyə Xamenei ABŞ prezidenti Donald Trampın “şərtsiz təslim olmaq” çağırışına cavab verib.

Xatırladaq ki, iyunun 17-də Tramp “Truth” sosial şəbəkəsində İranın “şərtsiz təslim olmasını” tələb edib. O, səbrinin tükənməsinə baxmayaraq, mülki əhaliyə və ya Amerika əsgərlərinə raketlərin atılmasını istəmədiyini deyib.

İran da öz növbəsində bildirib ki, Vaşinqton İrana zərbə endirməkdə İsrailə qoşularsa, Tehran ABŞ bazalarına hücum edəcək.

İran və İsrail arasında münaqişə iyunun 13-də başlayıb. Daha sonra İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və bir sıra yüksək rütbəli İran hərbçilərini öldürüb. Buna cavab olaraq Tehran Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər