27 C
Baku
Thursday, June 19, 2025

Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək, Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı olacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da ölkəmizə səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı olacaq.

Fahrettin Altun qeyd edib ki, səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər