25 C
Baku
Thursday, June 19, 2025

“Bloomberg”: ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır

ABŞ-nin yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Eyni zamanda, ABŞ-nin bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi də zərbəyə hazırlaşır.

Mənbələr bildiriblər ki, Amerika lideri Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində xeyli dəyişib. Mənbələrin məlumatına görə, senator Lindsi Qrem (Cənubi Karolinadan, ABŞ-dan olan respublikaçı – red.) Trampı fəal şəkildə Tehrana qarşı hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər