2025-ci ilin yanvar-may ayında Azərbaycan 789 milyon 752 min dollar dəyərində 42 786 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 22%, miqdar ifadəsilə 20.3% artıb.
O cümlədən, 2024-cü ilin yanvar-may ayında isə Azərbaycana 648 milyon 458 min dollar dəyərində 35 570 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin 5 ayında Azərbaycana minik avtomobillərinin idxalı 39 009 ədəd ikən, əvvəlki ildə 31 954 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 22% artıb.