“Azpetrol Neft Şirkəti” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, Ceyhun Məmmədov Əhməd oğlu şirkətin direktoru təyin edilib.
O bu vəzifədə İbrahim Məmmədov İsmayıl oğlunu əvəz edib.
Ceyhun Məmmədov 2015-ci ildən bu tərəfə digər şirkət “AZPETROL LTD” MMC-nin baş direktoru idi.
Xatırladaq ki, “Azpetrol Neft Şirkəti” MMC 2005-ci ildə yaradılıb və 13.22 milyon manat nizamnamə kapitalına sahibdir.