19 C
Baku
Friday, June 20, 2025

Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 34% artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycana 80 milyon 494 min dollar dəyərində 11 458 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2024-cü ilin eyni ayında isə Azərbaycana 54 milyon 161 min dollar dəyərində 10 394 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 10%, dəyər ifadəsilə 49% artıb.

Bu ilin ilk 5 ayında idxal edilmiş kərə yağının 1 kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34% artaraq 11.9 manata bərabər olub.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər