20 C
Baku
Thursday, June 19, 2025

Azərbaycan suriyalı tələbələr üçün 25 təqaüd ayırıb

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov və Suriyanın ali təhsil və elmi tədqiqatlar naziri Mərvan əl-Xələbi ali təhsil, elmi tədqiqatlar və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüş Dəməşqdəki nazirlik binasında keçirilib.

Tərəflər rəqəmsallaşdırma və kibertəhlükəsizlik sahələrində, Suriya universitetlərinin standartlarının yüksəldilməsi və akkreditasiyası, həmçinin tələbə mübadiləsi proqramlarının bərpası və birgə elmi tədqiqatların, aktual araşdırmaların və bilik mübadiləsinin təşviq edilməsi istiqamətində qarşılıqlı fəaliyyəti gücləndirməyi razılaşdırıblar.

E.Şahhüseynov təcrübə mübadiləsi, elektron sistemlərin inkişafı və beynəlxalq akkreditasiyanın əldə edilməsi üçün potensialı qeyd edib. O, həmçinin Azərbaycanın suriyalı tələbələr üçün müxtəlif fənlər, xüsusilə tibb, mühəndislik və texnologiya sahələri üzrə 25 təqaüd ayırdığını vurğulayıb.

Nazir əl-Xələbi ikitərəfli onlayn görüşlərin keçirilməsinə və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün koordinasiya komitəsinin yaradılmasına hazır olduğunu təsdiqləyib.

Mənbə:REPORT
Oxşar xəbərlər

Ceyhun Kazımova yeni vəzifə verildi

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində...

Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır

Tovuzda  artıq bir neçə gündür ki, şəkər tozu qıtlığı yaşanır. Rayonun kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır. Cəmi bir marketdə şəkər tozu yalnız 50...

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana mümkün hərbi cavab üzrə mövqeyini müəyyənləşdirəcək. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. "Donald Tramp yaxın...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb. Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Türkiyə...

İsrail ABŞ-nin 24–48 saat ərzində İranı vurmaqla bağlı qərar verəcəyini gözləyir

İsrail hələ də ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı zərbələrə qoşulacağını gözləyir. Bu haqda adı açıqlanmayan İsrail rəsmisinə istinadən “The Times of Israel”...