26 C
Baku
Saturday, June 21, 2025

Parlament Vergi Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri qəbul edib

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası və müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir, habelə vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər