2025-ci ilin ilk dörd ayında Azərbaycanın mühərrik benzini idxalında əhəmiyyətli artım qeydə alınıb.
Banker.az xəbər verir ki, Aİ-92 markalı avtomobil benzinin idxalı 74,4 min tona çataraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 dəfə, dəyər ifadəsində isə 7,4 dəfə artaraq 58,1 milyon dollar təşkil edib. İdxalın 76%-i Rusiydan təşkil edilib – 56,2 min ton və 42,5 milyon dollar.
Bu növ benzin üzrə orta idxal qiyməti 2024-cü ildə 801 dollar/t olmuşkən, 2025-ci ildə 781 dollar/t olub.
Premium markalı benzinin idxalı isə 4,1 dəfə artaraq 47,4 min tona, dəyər baxımından isə 3,7 dəfə artaraq 40,2 milyon dollara yüksəlib. Orta alış qiyməti 931 dollar/t-dan 849 dollar/t-a düşüb.
Super premium benzinin idxalı öncəki ildə dayansa da, 2025-ci ilin 4 ilk ayında 651 ton və 798,6 min dollar olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda benzin istehsalının həcmi 2025-ci ilin yanvar-may aylarında 11 faizə yaxın azalma ilə 549.3 min tona düşüb. Eyni hadisə dizellə də davam edib. İlk 5 ayda 938 min ton dizel istehsal edilib ki, bu da 4.3 faiz azalamdır.