“İranın nüvə təsisatları tamamilə dağıdılıb”.
Bunu Ağ Evin sözçüsü Karolin Levit “ABC News” kanalına müsahibəsində deyib.
“Prezident Tramp radikal bir rejimin nüvə bombasına nail olmasına və xalqımızı təhdid etməsinə mane oldu. Onların artıq nüvə silahı yaratmaq və dünyanı təhdid etmək qabiliyyəti yoxdur. Biz tam əminik ki, hədəfə aldığımız yerlərdə İranın zənginləşdirilmiş uran ehtiyatı saxlanılırdı. Prezident Tramp nüvə münaqişəsinin qarşısını aldı”- Ağ Evin mətbuat katibi bildirib.