2 C
Baku
Saturday, December 14, 2024

“Facebook” və “Google”un ofisləri su altında qala bilər

ABŞ-ın və dünyanın məşhur İT şirkətlərinin (“Facebook”, “Google”, “Cisco”) baş ofisləri subasma təhlükəsi ilə üzləşib.

“Tech Times”-ın verdiyi xəbərə görə, meteoroloqlar dənizin səviyyəsinin ciddi şəkildə artması ilə əlaqədar Kaliforniyanın bəzi cənub rayonlarının su altında qala biləcəyi haqda xəbərdarlıqla çıxış ediblər. Onlar bildiriblər ki, “Facebook”un San-Fransisko körfəzi yaxınlığında yerləşən baş ofisi ən riskli zonadadır. Körfəzinin qorunması və inkişafı üzrə komissiyanın baş planlaşdırıcısı Lindi Lou bildirib ki, “Facebook”un binası çox aşağıda yerləşir: “Mən başa düşmürəm, binanı niyə orada inşa ediblər? “Facebook” hesab edir ki, onların öz təhlükəsizliklərini təmin etmələri üçün vəsaitləri yetərlidir”.

Mauntin-Vyu şəhərində yerləşən “Google” və San-Xosedə yerləşən “Cisco” isə nisbətən yaxşı vəziyyətdədir. Lakin Arktik buz örtüyü dağılsa, dənizin səviyyəsi 1,8 m yüksələ və nəticədə hər iki şirkət binası su altında qala bilər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər