19 C
Baku
Tuesday, June 24, 2025

Tramp neftin qiyməti ilə bağlı çağırış edib

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə fonunda neftin qiymətinin yüksəlməsinə yol verməməyə çağırıb.

Ağ Ev rəhbəri bu barədə “Truth Social” paltformasında yazıb.

“Hamınız neftin qiymətini aşağı səviyyədə saxlayın. Mən izləyirəm! Düşmənin əlinə oynayırsınız. Bunu etməyin”, – deyə o vurğulayıb.

Tramp həmçinin ABŞ Energetika Nazirliyinə “qazma işləri aparmağı” tapşırıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra “Brent” markalı neftin qiyməti yanvar ayından bəri ilk dəfə olaraq 80 dolları (təxminən 136 manat – red.) ötüb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər