“Tesla” səhmləri 10%-dən çox bahalaşıb. Bu, şirkətin 22 iyunda Texas ştatının Ostin şəhərində özünü idarə edən taksi xidməti “Robotaxi”ni işə salmasından sonra baş verib. Qeyd edək ki, xidmət hələ test rejimində işləyir.
Bununla belə, rəhmlərin artması əvvəlki aylardakı enişləri kompensasiya edə bilməyib. Belə ki, “Tesla” səhmləri bu günə qədər 12% azalıb.
Robotaksi xidmətindən yalnız “Tesla”dan dəvət almış istifadəçilər, əsasən İlon Maska dəstək olan “X” sosial şəbəkəsinin influenserləri yararlana biləcək.
Onlar səhər saat 6-dan gündüz saat 12-yə qədər və yalnız şəhərin müəyyən ərazilərinə gediş sifariş edə biləcəklər. Eyni zamanda, müqavilənin mətninə uyğun olaraq xidmətin iş saatları və əhatə dairəsi dəyişə bilər. Səfərin qiyməti 4.2 dollar təşkil edir.
İlkin olaraq “Tesla” robotaksi xidmətində sükanı və pedalı olmayan avtomobillərdən istifadə ediləcəyini demişdi. Lakin onların Texasda istehsalı 2026-cı ildən tez başlamayacaq.