6 C
Baku
Sunday, December 15, 2024

​Dollar zəifləməyə başlayıb

ABŞ-da bu ilin mart ayında uzunmüddətli istifadə mallarına baza sifarişləri fevral ayı ilə müqayisədə 0,2% azalıb. ABŞ iqtisadiyyatının əsas indikatorlarından biri olan bu göstəricinin 0,5% artması gözlənilirdi. 

Federal Ehtiyat Sisteminin (FES) bu gün və sabah keçirdiyi növbəti iclası ərəfəsində adıçəkilən göstəricinin zəif olması ABŞ iqtisadiyyatının hələ də dayanıqlı iqtisadi artım tempi əldə etmədiyinin göstəricisi olduğunu heab edən investorlar dolları satmağa başlayıblar. Belə ki, dollar avro ilə müqayisədə bu gün 0,4% ucuzlaşıb və bu valyuta cütünün məzənnəsi 1,1266 USD/EUR-dan 1,1310 USD/EUR-a yüksəlib.

İnvestorlar baza sifarişlərinin zəif göstəricisinin FES rəhbəri Canet Yellenin çıxışına təsir edəcəyini düşünürlər. Analitik qrupu Report hesab edir ki, dollar digər əsas valyutalarla müqayisədə bir qədər də zəifləyə bilər. ABŞ-ın iqtisadi göstəriciləri zəif olacağı təqdirdə, FES ümumiyyətlə 2016-cı ildə uçot dərəcəsini artırmaqdan vaz keçə bilər. Bu da dolların kəskin zəifləməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər