9 C
Baku
Friday, December 13, 2024

Kollektoru gözləyən borcalan evini minaladı

Hazırda həmin borcalanı kollektor ilə yanaşı, qanunsuz silah saxlama ilə bağlı ittihamlar da gözləyir…

Moskva ətrafı Puşkino şəhərində keçmiş çevik polis alayının üzvü kollektor şirkətinin nümayəndələrinə müqavimət göstərmək məqsədilə mənzilini minalayıb.

“Российская газета”-nın verdiyi məlumata görə, həmin şəxs banklardan birindən külli miqdarda kredit əldə etmişdir. Kredit təşkilatının adı açıqlanmır.

Borcalan öz mənzilində sözün əsl mənasında barrikada yaratmış, qapının yaxınlığında minalar qoymuş,10-larla hərbi sursatla – pistolet və 3 avtomatla kollektor şirkətinin nümayəndələrini gözləməyə başlamışdır. Polis və kollektor şirkətinin əməkdaşları evə daxil olmaq istədikdə qurğulardan biri işə düşüb.

Borcalan ələ keçirildikdən sonra onun hərbi syrsatı müsadirə edilib. Ekspertlərin qiymətləndirməsinə əsasən, borcalanın sahib olduğu silah və hərbi sursat döyüşə tam yararlı olub. Hazırda həmin şəxs haqqında cinayət işi açılmışdır və onu 4 illik həbs cəzası gözləyə bilər.

Son xəbərlər
Digər xəbərlər