28 C
Baku
Wednesday, June 25, 2025

“Azərbaycan Nəşriyyatı” ötən il 1.8 milyon manat zərər edib

Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1 milyon 842 min manat zərərlə başa vurub. Nəşriyyat 2023-cü ildə 1 milyon 610 min manat zərər edib ki, bu da illik müqayisədə zərərin 14.4% artmasıdır.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərbaycan Nəşriyyatı”nın əsas fəaliyyətlər üzrə gəlirləri 3% azalaraq 5 milyon 223 min manat təşkil edib.

“Azərbaycan Nəşriyyatı”nın sair gəlirləri 440 min manat, digər xərcləri 5 milyon 683 min manat, kommersiya xərcləri 141 min manat, inzibati xərcləri 5 milyon 3 min manat, sair xərcləri isə 540 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər