ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir

Yaxın Şərqdə neft hasilatının qarşıdakı aylarda artacağı, lakin 2027-ci ilin ikinci rübünədək münaqişədən əvvəlki səviyyəyə çatmayacağı gözlənilir.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) 2026-cı ilin sentyabr ayı üzrə qısamüddətli proqnozunda bildirilib.

Hesabata əsasən, hasilatın artmasına Hörmüz boğazı vasitəsilə neft ixracının tədricən bərpası və region ölkələrinin alternativ ixrac marşrutlarından istifadə etməsi şərait yaradacaq.

“Yaxın aylarda Hörmüz boğazından ixracın tədricən artması və regiondan alternativ marşrutların istifadəsi hesabına Yaxın Şərqdə neft hasilatının yüksələcəyini gözləyirik”, – sənəddə qeyd olunub.

Bununla belə, EIA Yaxın Şərqdən neft ixracına tətbiq olunan bəzi məhdudiyyətlərin ilin sonunadək qüvvədə qalacağını proqnozlaşdırır.

Bu səbəbdən regionda neft hasilatının 2027-ci ilin ikinci rübünədək münaqişə başlamazdan əvvəlki orta göstəricidən aşağı qalacağı gözlənilir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər