24 C
Baku
Wednesday, June 25, 2025

Mərkəzi Bank dələduzluq halları ilə mübarizədə mərkəzləşdirilmiş platforma təqdim edəcək

Azərbaycanda ehtimal olunan dələduzluq (fraud) hallarına qarşı mübarizədə mərkəzləşdirilmiş platforma təqdim ediləcək.

Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Akif Bağırov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, AMB gələcəkdə fraud hallarına qarşı mübarizənj mərkəzləşdirilmiş bir platforma üzərindən etmək istəyir:

“Hazırda biz kollaborativ şəkildə müvafiq dövlət qurumları ilə də bu məsələni aktiv müzakirə edirik. Mərkəzi Bank tərəfindən bu istiqamətdə mərkəzləşdirilmiş platformanın təqdim olunması planlaşdırılır ki, fərqli bank və maliyyə institutlarında baş vermiş fraud halının mərkəzləşdirilmiş şəkildə məlumat mübadiləsi baş versin. Mərkəzləşdirilmiş platforma üzərindən məlumatlar xüsusi dövlət strukturlarına ötürüləcək ki, müvafiq administrativ tədbirlər görülsün”.

“Bundan başqa, biz fraud tənzimləmə mexanizmi üzərindən çalışırıq. Burada əsas diqqət ona yönəlib ki, fraud hadisələrin baş vermə ehtimalı olan bazar iştirakçıların əvvəlcədən belə hadisələrə hazır olsunlar. Yəni kibertəhlükəsizlik üzrə tərtib etdiyimiz mexanizmin eynisini fraud üzrə də həyata keçirməyi planlaşdırırıq”, – deyə AMB rəsmisi vurğulayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər