18 C
Baku
Tuesday, November 11, 2025

Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib

Həqiqətən də nüvə təsisatlarımız əhəmiyyətli dərəcədə ziyan görüb.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Al Jazeera“ya müsahibəsində deyib.

“Düşünürəm ki, dünyada bir çoxları Amerikanın təcavüzünün əhəmiyyətini azaltmağa çalışır. Onlar zərbələrin effektivliyini müzakirə edirlər. Beynəlxalq ictimaiyyətin əsas qayğısı ABŞ-ın qanunsuz əməlini qınamaq olmalıdır”, – Bəqayi vurğulayıb

O əlavə edib ki, İranın nüvə proqramına malik olmaq haqqı həmişə olduğu kimi qalır.

Son xəbərlər
Digər xəbərlər