“ABŞ kəşfiyyat orqanlarının əlində İranın ABŞ qüvvələrinin zərbələrindən əvvəl nüvə obyektlərindən uran çıxara bildiyini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur.”
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
“Mən sizə deyə bilərəm ki, ABŞ-da zənginləşdirilmiş uranın zərbədən əvvəl çıxarıldığına dair heç bir əlamət yoxdur.”, – o deyib.
Qeyd edək ki, CNN telekanalı mənbələrə istinadən ABŞ kəşfiyyatının zərbələrin İranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyi qənaətində olduğu haqda məlumat yaymışdı.