ABŞ Prezidenti Donald Tramp bu ilin yayında Federal Ehtiyat Sisteminin (FED) yeni sədri vəzifəsinə namizədi müəyyən edə bilər.
Bu barədə Trampın yaxın çevrəsinə istinadla məlumat yayılıb. Hazırkı sədr Cerom Pauelin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.
Prezidentin baxdığı namizədlər sırasında bir neçə tanınmış fiqur yer alır. Onlar arasında Federal Ehtiyatlar Şurasının keçmiş üzvü Kevin Uorş, ABŞ-nin maliyyə naziri Skott Bessent, Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hasset, Dünya Bankının keçmiş prezidenti Devid Melpass və FED-in Rəhbər Komitəsinin üzvü Kristofer Uoller də var.