Çin və ABŞ qarşılıqlı olaraq iqtisadi güzəştlə bağlı razılığa gəliblər.
Bununla bağlı Çinin ticarət nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Londonda keçirilən ikitərəfli danışıqlardan sonra Pekin və Vaşinqton sıx əlaqədədir və bəzi irəliləyişlər əldə olunub.
“Çin qanun və nizamlamalara uyğun olaraq, bir sıra məhsulların nəzarətli şəkildə ixracına razılıq verəcək. Əvəzində isə, ABŞ Çinə qarşı bəzi məhdudlaşdırıcı tədbirləri ləğv edəcək”, – deyə Çinin ticarət nazirliyinin məlumatında bildirilib.