21 C
Baku
Saturday, June 28, 2025

İlin sonunda Gürcüstandan Azərbaycan sərhədinə gedən magistral yolun tikintisinə başlanılacaq

Gürcüstandan Azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Tikinti işlərinə bu ilin sonunda başlanılacaq.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər