21 C
Baku
Friday, June 27, 2025

Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb

Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub.

“Speedtest Global Index”in məlumatına əsasən, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (372,02 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

Azərbaycan mayda mobil internetin sürətinə görə isə aprel ayına nisbətən 2 pillə geriləyərək 73,83 MB/S sürətlə 103 ölkə arasında 57-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri BƏƏ (539,84 MB/S), sonuncu yeri isə Boliviya (13,45 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 196 şəhər arasında 78,86 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (349,44 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,36 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 90,88 MB/S sürətlə 148 şəhər arasında 84-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (594,88 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,12 MB/S) tutub.

Son xəbərlər
Digər xəbərlər