Bank olmayan kredit təşkilatı “Prior Credit” ASC 2024-cü ildə xalis mənfəəti 13% artaraq 117 min manata çatıb. Halbuki, 2023-cü ildə xalis mənfəəti 104 min manata qədər təşkil etmişdi.
Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir. Bununla belə, BOKT-nin hesabatında aktivlər, mənfəət zərər, kapital və pul vəsaitlərinin hərəkətindən ibarət olub. Kredit portfelinin bölgüsü tam açıqlanmır.
Öncəki ildəki xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 246 min manat təşkil edib.
Hesabatda qeyd edilir ki, 2024-cü ildə təşkilatın faiz gəlirləri 599 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10.8% və ya 58 min manat çoxdur. Eyni zamanda, faiz xərcləri də artaraq 26 min manata yüksəlib. Bu, əvvəlki illə müqayisədə 34.5% və ya 7 min manat artım deməkdir. Nəticədə, xalis faiz gəliri 573 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 9.9% və ya 52 min manatlıq artımı göstərir.
Ümumi və inzibati xərclərdə azalma müşahidə edilib. Belə ki, bu xərclər 2024-cü ildə 364 min manat təşkil edib və əvvəlki ilə nisbətən 5.6% azalıb.
“Prior Credit”in aktivləri 2024-cü ilin sonunda 3 milyon 883 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 18.3% və ya 602 min manat artım deməkdir. Bu artıma əsasən müştərilərə verilmiş kreditlərdəki 824 min manatlıq (29%) artım səbəb olub.
Öhdəliklər 1 milyon 538 min manata çataraq illik 46.1% və ya 485 min manat artıb. Bu artımın əsas hissəsi borclanmaların 361 min manat və ya 36.6% yüksəlməsi ilə əlaqədardır.
Təşkilatın balans kapitalı da artaraq 2 milyon 345,750 min manata çatıb – bu, əvvəlki ilə nisbətən 5.3% və ya 118 min manatlıq artım deməkdir.
Xatırladaq ki, “Prior Credit BOKT” ASC 2020-ci ildə yaradılıb, 3 mln. manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i “Prior Leasing Şirkəti”nə məxsusdur.