SOCAR buraxdığı bondlar hesabına bu il yanvarın əvvəlində 403 milyon dollar borc qaytarıb.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, SOCAR bu il bond buraxmağı nəzərdə tutmur. Çünki buna dünya bazarında neftin qiymətinin aşağı olması, o cümlədən də şirkətin indiki maliyyə vəziyyəti imkan vermir.