25 C
Baku
Friday, July 4, 2025

Azərbaycan Gürcüstan və Qazaxıstan nəqliyyat vasitələrinə “Yaşıl Kart” tariflərini azaldıb

Azərbaycan Gürcüstan və Qazaxıstan avtomobilllərinə “Yaşıl Kart” üzrə tarifləri azaldıb.

Bununla bağlı Mərkəzi Bankın “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib. AMB sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Yaşıl Kart” müqavilələri üzrə Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları azaldılıb.
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər