Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi
İş barədə məlumat:
– Tədbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir.
– Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir.
– Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir.
– Tədbiqi proqramlar üzrə bankdaxili treyninqlər keçirir.
– Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur.
– Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir.
– Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür.
– Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.
Namizədə tələblər:
– Ali təhsil.
– Visual studio 2010 C#, pl-sql, asp.net, oracle forms-da iş bacarığı.
– Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş təcrübəsi.
– МS SQL arxitekturasını və sorğu dilini bilmək.
– Maliyyə və bank sahəsində iş təcrübəsi.
– Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi.
– İngilis və rus dili bilikləri.
– Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 May, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.