Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq NASDAQ elektron birjasının açılması ilə sərvətini 4.3 mlrd. dollar artırmışdır. Bu məlumatı Banker.az Forbes-ə istinadən verir.
Bu hadisədən sonra , dünyanın 6-cı ən varlı insanı Forbesin siyahısında olan yerini dahada möhkəmləndirmişdir. Onun sərvətinin ümumi həcmi 51.7 mlrd. dollar təşkil edir.
Onun dahada varlanmasının səbəbi Facebook-un səhmlərinin birdən-birə qiymətdə artması səbəb olmuşdur. 27 Aprel tarixində artım təxminən 10% çatmışdır.
Qeyd edək ki, Facebook-un 2016-cı ilin 1-ci rübü üçün xalis mənfəəti 1.5 mlrd. dollara bərabərdir, ümumi gəliri isə 5.38 mlrd. dollar olub.