3 C
Baku
Saturday, December 14, 2024

ABŞ istintaq orqanlarına dünyadakı istənilən kompüterdə axtarış hüququ verildi

ABŞ Ali Məhkəməsinin qəbul etdiyi yeni düzəlişlərə əsasən ölkə məhkəmələri istintaq orqanlarına daxildə və xaricdə istənilən kompüterdə axtarış aparmaqla bağlı sanksiya verə biləcək.  

“Reuters”-in verdiyi xəbərə görə, əvvəlki qaydaya əsasən hakimlər yalnız öz yurisdiksiyasındakı ərazilərdə yerləşən kompüterlərlə bağlı qərar çıxara bilərdi.

Ali Məhkəmənin sədri Con Roberts qərarı Konqresə göndərib. Konqres dekabrın 1-nə qədər qanunvericiliyə müvafiq dəyişiklik etməlidir. Qanunvericilər həmin müddətə qədər dəyişikliyi həyata keçirməsələr, Ali Məhkəmənin qərarı avtomatik qüvvəyə minəcək.

Qərar hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının, eləcə də “Google”un etirazları nəzərə alınmadan qəbul edilib. Onların fikrincə, bu düzəliş Federal Təhqiqatlar Bürosunun cinayət araşdırmalarında səlahiyyətlərini artırır. Belə ki, FBİ artıq kompüter şəbəkələrinə kütləvi haker hücumları təşkil edə biləcək. Düzəlişlərin qəbulunda 2013-cü ildən bəri Ədliyyə Nazirliyi təkid edirdi.

Lent.az

Son xəbərlər
Digər xəbərlər